Fikrimcə Azərbaycan tarixinin ən böyük problemi davamlılıqdır. XX əsrdə Azərbaycan o qədər "yol kəsişməsindən" keçib ki, bu da müəyyən çaşqınlığa səsbə olur. 1918-i ilə kimi çar Rusiyasının bir hissəsi, sonra iki illik qısa müstəqillik dövrü, sonra 70 illik sovet dövrü və nəhayət, ikinci müstəqillik dövrü. Ona görə tariximizə və mədəniyyətimizə yedinən baxmaq lazımdır. İndi mən XIX və XX əsrlərə, yəni çar Rusiyası və sovet dövrünə baxmaq istərdim.
XIX əsr Azərbaycan ədəbiyyatı, poeziya istisna olmaqla, estetik cəhətdən zəif idi. Müəlliflərin əsas məqsədi ədəbi əsər yazmaq deyildi. Onlar xalqı oyandırmaq, yaşadığı acınacaqlı vəziyyəti göstərmək və yeniliyə doğru aparmaq istəyirdilər. Ona görə o vaxtın əsərləri çox sadə qurulmuşdu, istifadə etdikləri dil də sadə idi ki, adi insanlar onu başa düşsün.
XX əsrin ortalarında biz maraqlı bir vəziyyətlə üzləşirik. Demək olar ki, XIX əsr ədiblərinin və maarifçilərinin təsvir etdikləri dövr gəlib çatmışdı. Xalq az-çox müasirləşmişdi, heç olmasa yazıb-oxumağı bilirdi. Sovet dövləti isə, avtoritar olduğuna baxmayaraq, müəyyən insani dəyərləri təbliğ edirdi, hansıları ki həmçinin XIX əsr maarifçiləri də təbliğ edirdilər. Özü də sovet ideloqiyasının əsaslandırılmasında Azərbaycan ədəbiyyatından çox istifadə edilirdi. Beləliklə kommunist partiyası inqilabdan əvvəlki və sonraki vəziyyəti yan-yana qoyaraq, sovet hakimiyyətinin nailiyyətlərini vurğulamaq istəyirdi.
XX əsrin ortalarında artıq sovet hakimiyyəti altında böyümüş yeni nəsil iləri çıxır. Əlbəttə ki, bu nəsil XIX əsr ədəbiyyatıyla böyümüşdü. Və yeni əsrin oratsında onlar miraslarına döndülər. Sonda çox maraqlı nəticə alındı. Xalqın ilkin maarifləndirilməsi artıq başa çatmışdı. İndi yazıçılar və incəsənət adamları estetik məsələlərə daha çox diqqət yönəldə bilərdilər. Və, fikrimcə, bu çox uğurlu nəticələrə gətirib çıxartdı. XX əsrin ortasında və ikinci yarısında Məmmədquluzadənin və siqərlərinin hekayələri əsasında çəkilmiş filmlər estetik cəhətdən oriqinallarından qat-qat üstün idilər. Yuxarıda qeyd etdik ki, XIX əsr ədəbiyyatı sovet ideoloqiyası tərəfindən istifadə olunurdu. Filmlərdə isə həmin ədəbiyyatın nümunələri tək qədim vaxtları tənqid eləməkçün yox, SSRİ reallığlarını gizli tənqidiyçün də istifadə olunurdu. Beləliklə maarifləndirici ədəbiyyat öz məqsədinə beləcə çatırdı.
Ona görə də son zamanlar müşahidə olunan əkssovet təfəkkürü müəyyən ehtiyalatla qarşılamaq lazımdır. Sovet vaxtından bizə miras qalmış avtoritar düşüncə tərzi, rüşvətxorluq, qoxum- və yerlibazlıq təbii rədd edilməlidir. Lakin Sovet Azərbaycanı Azərbaycan tarixinin ən vacib hissəsidir.SSRİ dövrü bizim xalqın və dövlətin formalaşmasının çox vacib bir mərhələsidir. Demək olar ki, Azərbaycan bir dövlət kimi məhz SSRİ-də formalaşıb. Və sovet dövrünün tamm rəddi özündən imtina etmək deməkdir.

Комментариев нет:
Отправить комментарий