среда, 19 февраля 2014 г.

Gürcüstalizm (ermənistalizm)

İstəyirəm bir gün "Gürcüstalizm (ermənistalizm)" adlı bir kitab yazım. Məhz belə, "Gürcüstalizm" yanında da mötərizədə "ermənistalizm". Bilməyənlərçün, 1978-ci ildə Edvard Səid adlı əsli Fələstindən olan amerikan ədəbiyyatşünas "Orientalizm" adlı bir kitab yazdı. Bizim dilə bu söz təxminən "şərqşünaslıq" kimi tərcümə oluna bilər (kitabın özü isə, əfsuslar olsun ki, Azərbaycan dilinə tərcümə olunmayıb). Həmin kitabda Səid yazmışdı ki, Qərbin Şərq ölkələri barəsində olan fikirlər əslində reallığı yox, Qərbin Şərqin barəsindəki olan təsəvvürləri əks etdirirdi. Həmin fikirlər və təsəvvürlər sistemini Səid "orientalizm" adlandırırdı. Qərb yazıçıları, alimləri və siyasətçiləri Şərqdən yazarkən, əslində Şərqdə olan həqiqi vəziyyətə baxmırdılar, Şərqi özlərinin əksi kimi, düşmən kimi qələmə verirdilər. Maraqlananlar internetdə eşələnə bilərlər.

İndi bizdə də həmin təsəvvürlər Gürcüstan və Ermənistan barəsində mövcuddur. Nəsə deyəndə Gürcüstanı və ya, bu daha az olur, Ermənistanı misal gətirirlər. Nə gürcülərə, nə də ki ermənilərə (Qarabağ məsələsindən başqa) bir sözüm yoxdur. Lakin bizim onlar barəsində olan təsəvvürlərimiz məni hərdən hirsləndirir. Ermənilərdən deyə bilmərəm, amma gürcülərin 95% bizdən elə də çox fərqlənmir. Əlbəttə, fərqlər var, lakin onlar çox azdırlar. Ona görə bizimkilər gürcüləri misal gətirəndə, əslində özlərindən, Azərbaycandan danışırlar.

Bu cür arqumentlər qəbul oluna bilərlər, lakin onlar düz təqdim edilməlidirlər. Məsələn, "Gürcüstanda x həyata keçirilir, ona görə Gürcüstanda iqtisadi vəziyyət yaxşıdır". Bizimkilərin yazdıqları adətən belə olur: "Gürcüstanda x həyata keçirilir, ona görə biz də x həyata keçirməliyik". Mən bu cür arqumentlərdən uşaqlıqda istifadə edirdim. Anam da mənə cavab verirdi ki, "sabah filankəs 10-cu mərtəbədən tullansa, sən də tullanacaqsan?" Heyf ki, gürcülər 10-cu mərtəbədən tullanmırlar.

Növbətli məsələ. Bəziləri öz onsuzda zəif arqumentlərinə bir az inam qazandırmaqçun "statistikadan" istifadə edirlər. Yazırlar ki, gürcülərin/ermənilərin filan fayızı filan şey edir və ya etmir. 98,5632% halda bu cür statistikalar yalan olur. Məsələn, biri yazıb, "gürcülərin və ermənilərin 80% rus dilində təmiz danışır". Birinicisi, sən özün rus dilində danışmırsan, haradan bilirsən ki, onlar rus dilini nə səviyyədə bilir? İkinicisi, sən gedib gürcülərdən bir-bir soruşmusan ki, sən rus dilini bilirsən ya yox? Üçüncüsü, Gürcüstanı bildik, axı sən Ermənistanda olmusan ki, onların neçə fayızının rus dilini bilib-bilmədiklərini yazırsan?

Sonda isə onu yazmaq istərdim ki, ermənilər və gürcülər etdiklərini özləri ixtira etmirlər. Onlar Avropaya və Amerikaya baxıb, orada edilənləri təkrarlayırlar. Yəni onlardan doğurdan da götürüləsi şeylər onlara heç aid deyil.

Комментариев нет:

Отправить комментарий