четверг, 31 октября 2013 г.

Maariflənməmiş maarifçilər

Bu gün özlərini "gənc yazar" adlandıranlar və xalqı maarifləndirdiklərini sayanlar, özlərinə və etdiklərinə kənardan baxa bilmirlər. Avropanın zahirən qəbul edirlər, lakin Avropanın təfəkkürünü nə tanımırlar, nə də tanımaq istəmirlər. Və düşünürlər ki, camaat qoyundur və ona görə onları tənqid edir.

Məsələ isə orasındadır ki, onların tənqidi səhv istiqamət alıb. Adətən onları tənqid edənlərə deyirlər ki, get səni gündə aşağılayanlara de. Düzdür, bizi bu günə salanlara qarşı etiraz etmək lazımdır. Lakin iki məsələ var. "Gənc yazarlar" öz giclikləriylə milləti iqtidara qarşı döndərir. İkincisi, onlar millətin başını cırıq paltarla, uzun saçla və sekslə qatır. Bu isə daha vacib məsələlərdən döndərir.

пятница, 11 октября 2013 г.

Seçkisonrası düşüncələr

Yazmaq istəmirdim, amma yazmaya bilmirəm. Yenə də keçmiş seçkilər. Onların nəticəsi mən də qəbul edə bilmirəm. Lakin məsələ bilirsiniz nədədir? Elə ola bilər ki, əhalinin əksəriyyəti doğurdan da İlham Əliyevə səs verdi. Lakin biz bunu bilmirik, çünki seçki şəffaf deyildi. Hər birimizin Azərbaycanın gələcəyinə öz baxışı var. Elələri də var ki, hazırki hakimiyyətə səs verdilər. Mən olarnan razı olmasam da, seçimlərinə hörmətlə yanaşıram. Və Almaniyada kimsə mənə desə ki, sizinkilər niyə üçüncü dəfə Əliyevi seçdilər, onun gözünü çıxardaram və deyərəm ki, bu bizim seçimimizdir, sən isə get Merkelüvi dördüncü dəfə seç. Lakin deyə bilmirəm, yuxarıda adı çekilən səbəbə görə.

Bu bizi ikinci məsələyə gətirir. İndi öz xalqına qoyun deyənlər ortaya çıxır. Mən demək istərdim ki, öz millətinə qoyun deyən, özü də qoyundan fərqlənmir, sadəcə bunu dərk etmir. Ona görə də onun başında mütləq çoban dumalıdır, çünki özünü bilməyən qoyun çoxlu bəla gətirə bilər.

Keçək üçüncü məqama. Niyə millət bu seçkilərə laqeyd yanaşdı? Çünki müxalifət və iqtidar arasında bir fərq görmür. Və bu ən dəhşətlisidir. Cəmil Həsənliyə səs verənlərin bir çoxu (elə mən də həmçinin) deyirdilər ki, indiki rüşvətxorların yerinə yeni rüşvətxorların gələcəyi aydındır; lakin heç nə etməməkdənsə gedib seçim etmək daha düzgün olardı. İndi qoy müxalifət bunu dərk etsin. Onlara heç kim inanmadığından, Əliyev seçkini uddu.

Sonuncusu. Bir şey mənə çatmır, niyə hamı Vaşınqtondan və ya Ankaradan bir şey gözləyir? Deyəlim ki, ABŞ seçkilərin saxtalaşdırlıdığını deyəcək. Sonra? Xəzər dənizinə təyyarədaşıyıcı göndərəcək? Yoxsa sanksiyalar tətbiq edəcək? (Amerikanın işi-gücü qurtarıb) Elə olduğu halda da, bu bizə ziyandan başqa heç nə gətirməyəcək. Mənim gözlədiklərim xarici paytaxtlardan gəlməyəcək, Gəncədən, Şamaxıdan, Qubadan, Masallıdan və s. gələcək.

Nəticə isə belədir. Millətə qoyun deyəndə, milləti tənqid eləyəndə, əvvəlcə düşün ki, mən özüm hər şeyi düzmü edirəm? Camaat mənə inanırmı? Yoxsa sənin yerin Ağalar Məmmədovla, Əkpər və Mövludla Avropadadır. Çünki bu cür sözlərlə adam özünü xalqdan üstün tutur, ondan uzaqlaşır.