
İbrahimbəyovun müsahibə zamanı Qarabağla bağlı dediyi sözlər tarixə baxmağa məcbur edir. Qayıdağ ötən əsrin əvvəlinə. Elə o zaman da Ermənistan və Azərbaycan (Demokratik) Respublikası Qarabağ uğrunda vuruşurdular. Sovet İttifaqı Cənubi Qafqazı zəbt etdikdən sonra, bolşeviklər "Qarabağı Azərbaycanın tərkibində QALMASI" barəsində qərar verdi (оставить Карабах в составе Азербайджана). Deməli Qarabağ artıq Azərbaycanın tərkibində idi. Maraqlısı odur ki, onu Azərbaycanın hissəsi elan edən Böyük Britaniya oldu. Yaddan çıxartmayaq, ermənilər Antantanın ən sadiq müttəfiqlərindən biri idilər. Onlar Qafqaz cəbhəsində türklərə qarşı vuruşurdular. Rusiyadaki Fevral inqilabından sonra da döyüşməyə davam etmişdilər. Azərbaycan isə Osmanlıların müttəfiqi idi. Bizim qoşunlar 1918-də türklərlə birlikdə ingilsləri Bakıdan qovdular. İngilislər isə, Qafqazı tərk edərkən, müttəfiq Ermənistanı qoyub qırağa, Qarabağı düşmən Azərbaycana verdilər. Niyə? Çünki Bakıda olduğları zaman Azərbaycanda aparılan islahatları yaxından tamaşa etdilər. Parlament seçkilərinin oyunbazlıq olmadığını gördülər. Yəni anladılar ki, bu ölkə doğrudan da qabağı gedir.
Heç neft diplomatiyası lazım olmadı. Böyük Britaniya müharibədən qalib kimi çıxmışdı. Bütün Yaxın Şərqin neft yatağları ingilislərin əlində idi. Elə ona görə də iтglislər Qafqazı tərk etdilər: əllərində olan ərazi o qədər böyük idi ki, Qafqaz onlara heç lazım deyil idi. Artıq dediyim kimi, reqionu tərk edərkən onlar yeqanə (gürcülər də Almanlarla birqə olmuşdular) sadiq müttəfiqlərinə hədiyyə edə bilərdilər, onsuzda Qarabağ mübahisəli ərazi idi, ingilislərin hər qərarı müvəqqəti xarakter daşıyacağdı. Lakin Böyük Britaniya heç bunu da etmədi. Çünki Azərbaycanda gördükləri Britaniyanın rəsmilərində əminlik yaratdı ki, mübahisəli ərazilərin və orada yaşayan ermənilərin gələcəyi yaxşı olacağ. Təsəvvür edin, 1918-ci il, iki millət bir-biriylə vuruşur. Lakin həmin zaman Azərbaycanın parlamentində 21 bi erməni deputat yer almlı idi, sonda isə 8 deputat, onlardan 4 - "Daşnaksütün" partiyasının təmsilçiləri, yer aldı (demək lazımdır ki, parlamentə 120 deputat seçilməli idi, lakin gərgin vəziyyətə görə parlamentə 84 təmsilçi seçildi). Bir dəfə Ermənistanın rəsmi nümayəndələri mübahisəli ərazilər barəsində danışıqlarçun Bakıya gəlmişdilər.
Əlbəttə, indi başqa bir zəmanədir, tutuşdurmada ehtiyatlı olmalıyığ. Lakin bu gün biz özümüzü Azərbaycan Demokratik Respublikasının davamçısı elan ediriksə, bu cür tutuşdurmalar təbii. Sinənə vurub, bütün dünyaya Şərqdə ilk demokratiyadan danışmağla məsələ bitmir. Özünü müvafiq olaraq aparmalısan. Fikrimcə, İbrahimbəyov bizi bu yola qaytara bilər.
Ədəbiyyat:
Азербайджанская Республика. Документы и материалы 1918-1920. Под ред. Дж. Гулиева. Баку 1998
Ф. Каземзаде "Борьба за Закавказье. 1917-1921". Стокгольм 2010
Şəkildə: 1918-1920-ci illər ADR-in parlamentinin binası. Keçmiş Bakı qızlar məktəbi, indiki Əlyazmalar İnstitutu. Şəkil http://sherqmirvarisi.com/ saytından götürülüb